HƏSƏNOV Fəxrəddin Əyyub oğlu
Dairə: 52 saylı Ağcabədi
1952-ci il dekabrın 24-də Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
aqronomluq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədridir. 2000-ci il noyabrın 5-də 52 saylı Ağcabədi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavinidir.
Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası