KAZIMLI Xanhüseyn Hüseynağa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 58 saylı Biləsuvar
1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. Rus və ingilis dillərini bilir. Azərbaycan Sosial Rifah Partiyasının sədridir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 5 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU