KƏRİMLİ Azər Şəmşid oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 60 saylı Qax – Zaqatala
1964- il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun dəri məmulatının texnologiyası fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 60 saylı Qax-Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU