XANLAROVA Zeynəb Yəhya qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 62 saylı Qobustan – Siyəzən – Xızı
1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına musiqi məktəbim bitirmişdir. SSRİ-nin və Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, Ümumittifaq “Qızıl val mükafatı laureatıdır. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 62 saylı Oobustan-Sıyəzən-Xızı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU