OSMANOV Hikmət Saleh oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 64 saylı Quba – Dəvəçi
1957-ci il iyulun 30-da Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Kənd təsərrüfatı elmləri namizədidir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 64 saylı Quba-Dəvəçi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU