PİRMƏTOV Gülmat Məhəmmət oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 65 saylı Qusar
1963-cü il sentyabrın 2-də Qusar rayonunun Əniq kəndində anadan olmuşdur. Kirovoqrad Kənd Təsərrüfatı Maşınqayırması İnstitutunun kənd təsərrüfatı maşınları fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 65 saylı Qusar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU