MƏMMƏDOV Famil Hüseyn oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 68 saylı İmişli
1943-cü il aprelin 1-də İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 68 saylı İmişli seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU