KAMALOV Tapdıq Cəlal oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 70 saylı Yardımlı – Masallı
1939-cu il aprelin 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 70 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavinidir. Subaydır
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU