MANAFOVA Asya Sərdar qızı
1941-ci il yanvarın 3-də Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu və Moskva İctimai Elmlər Akademiyasım bitirmişdir. Rus, ləzgi və türk dillərini bilir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının sədridir.
1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası