TƏHMƏZOV Elbrus Halay oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 71 saylı Laçın – Kəlbəcər
1946-ci il avqustun 23-də Laçın şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 71 saylı Laçın-Kəlbəcər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU