QULİYEV Nizami Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 73 saylı Gədəbəy
1956-ci il avqustun 17-də Gədəbəy şəhərində anadan olmuşdur. Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 73 saylı Gədəbəy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU