HACIYEVА Gültəkin Yunis qızı
Dairə: 74 saylı Goranboy – Naftalan
1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini bitirmişdir. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 74 saylı Goranboy-Naftalan seçki
dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavinidir. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvüdür.
Subaydır.
Partiya mənsubiyyəti: Bitərəf