ƏZİZOV Vəsadət Əli oğlu
Dairə: 78 saylı Masallı kənd – Lənkəran
1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar Kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, professordur. Türkdilli Xalqların Kardioloqlar Assosiasiyası və MDB Kardioloqlar Assosiasiyası rəyasət heyətlərinin, Dünyanın Ürək Dostları beynəlxalq Assosiasiyasının, İmmunoreabilitasiya və Tibbdə reabilitasiya Beynəlxalq Cəmiyyətinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 78 saylı Masallı kənd - Lənkəran seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası