RƏHİMZADƏ Arif Qafar oğlu

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini
Dairə: 79 saylı Neftçala –Salyan
1987-ci ildə Azərbaycan Ali Sovetinin, sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1994-cü ilin oktyabr ayında parlament sədrinin birinci müavini seçilmişdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini vəzifəsində çalışmış, 2000-ci il noyabrın 24-də yenidən Milli Məclis sədrinin birinci müavini seçilmişdir. 1941-ci il fevralın 3-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Kənd təsərrüfatı elmləri namizədidir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. 2000-ci il noyabrın 5-də 79 saylı Neftçala-Salyan seçki dairəsindən deputat seçilmişdir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU