QƏHRƏMANOV Eldar Əvəz oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 80 saylı Oğuz – Şəki – Qəbələ
1948-ci il yanvarın 30-da Oğuz şəhərində anadan olmuşdur. Türkmənistan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. İqtisad elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 80 saylı Oğuz-Şəki-Qəbələ seçki dairəsindən denutat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU