AĞALAROV Rifat Nuraddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 84 saylı Salyan
1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU