ZEYNALOV Zakir Əlixan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini
Dairə: 87 saylı Tovuz şəhər
1939-cu il martin 21-də Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Hüquq elmləri doktoru idi. Rus və alman dillərini bilirdi. Bitərəfidi. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu. 2000-ci il noyabrın 5-də 87 saylı Tovuz şəhər seçki dairəsindən deputat seçilmişdi. Milli Məclis sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri idi. 3 övladı qalmışdır
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU