ƏLİYEV Yaşar Tofiqi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 91 saylı Xanlar-Daşkəsən
1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Beynəlxalq Kadr Akademiyasının fəxri doktorudur. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası parlamenti sədrinin müavini olmuş, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini vəzifəsində çalışmışdır. 2000-ci il noyabrın 5-də 91 saylı Xanlar-Daşkəsən seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi sədrinin müavinidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU