ÖMƏROV İsmayıl Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 92 saylı Xaçmaz şəhər

1954-cü ıl fevralın 20-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya institutunu bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 2000-ci ıl noyabrın 5-də 92 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU