SÜLEYMANOV Tahir Süleyman oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 93 saylı Xaçmaz – Dəvəçi
1948-ci il sentyabrın 24-də Dəvəçi rayonunun Sumaqova-Qazma kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun taxıl məhsullarının saxlanması fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 93 saylı Xaçmaz-Dəvəçi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU