ƏLİYEV Kərəm Qara oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 95 saylı Cəbrayıl – Füzuli
1950-ci il aprelin 1-də Cəbrayıl şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maddi-texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 95 saylı Cəbrayıl-Füzuli seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU