HÜSEYNOV Əli Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 96 saylı Cəlilabad şəhər
1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 96 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavinidir. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU