SƏMƏDOV Abutalıb Qənbər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 99 saylı Şəmkir şəhər
1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Naminə Alyans Partiyasının sədridir. 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Naminə Alyans Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU