SƏFƏROV Eldar Sabir oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1957-ci il yanvarın 4-də Ermənistan Respublikası Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. İrəvan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU