HƏBİBBƏYLİ İsa Əkbər oğlu
Dairə: 2 saylı Şərur seçki dairəci
1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Azərbaycan Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 62 monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 300-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975- ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası