İBRAHİMOV Eldar Rza oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 4 saylı Naxçıvan şəhər seçki dairəsi
1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan–Özbəkistan Dostluq Cəmiyyətinin sədridir. 4 elmi əsərin və 17 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1961-ci ildən Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Texnika Birliyi sistemində böyük və baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1991-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri, Dövlət Aqrar- Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan Nazirlər Soveti sədrinin birinci müavini–Dövlət Aqrar-Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991-ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini – Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədridir. Azərbaycan–Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Avstriya, Azərbaycan–İran, Azərbaycan–Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU