HACIYEV İsmayıl Muxtar oğlu
Dairə: 6 saylı Culfa - Babək seçki dairəsi
1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan MEA Rəyasət Heyətinin üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Dialoq Avrasiya platformasının üzvüdür. 25 kitab, monoqrafiya və dərsliyin, 168 elmi
məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1974-cü ildən Culfa rayonunda kənd məktəbində müəllim işləmişdir. 1978–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor, dekan müavini, dekan, prorektor vəzifələrində çalışmışdır. 2003-cü ildən Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin sədri, Naxçıvan Dövlət Universitetinin professorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstraliya, Azərbaycan-Çin, Azərbaycan-Rumıniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası