SƏMƏDBƏYLİ Arzu Həbib oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 8 saylı Binəqədi birinci seçki dairəsi
1962-ci il mayın 10-da Ermənistan Respublikasının Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Rus dilini bilir. 1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləmişdir. 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən Müsavat Partiyası başqanının müavinidir. Müsavat Partiyası Ali Məclisinin və Divanının üzvüdür. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya, Azərbaycan-Belarus, Azərbaycan-Braziliya, Azərbaycan-Fransa, Azərbaycan-Hindistan, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU