ƏLƏSGƏROV Murtuz Nəcəf oğlu
Dairə: 11 saylı Qaradağ seçki dairəsi
1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu » ilə təltif edilmişdir. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülmüşdür. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar
İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin Sədri vəzifəsində çalışmışdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası