ƏHMƏDOVA Gülər Mikayıl qızı
Dairə: 15 saylı Yasamal birinci seçki dairəsi
1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini bilir. 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996–2000-ci illərdə Azərbaycan Respublikası
Uşaq Təşkilatının sədri olmuşdur. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və
Parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan- Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası