HƏSƏNLİ Cəmil Poladxan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 18 saylı Nərimanov - Nizami seçki dairəsi
1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 15 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1975-ci ildən Cəlilabad rayonunun Təzəkənd orta məktəbində müəllim işləmişdir. 1976-cı ildən muzeydə mühazirəçi olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur. Bitərəfdir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU