SƏMƏDZADƏ Ziyad Əliabbas oğlu
Dairə: 23 saylı Nəsimi - Səbail seçki dairəsi
1940-cı il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycan Elmlər Akademiyasının akademikidir. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir. 550 elmi əsərin və məqalənin müəllifidir. Rus dilini bilir. 1961-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, şöbə müdiri, 1976-cı ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru işləmişdir. 1983–1991-ci illərdə Azərbaycan KP MK-nın İqtisadiyyat şöbəsinin müdiri, 1985-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin İqtisadiyyat məsələləri daimi komissiyasının sədri, Ali Sovet sədrinin birinci müavini,
Dövlət Plan Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə Avropa Birliyi Komissiyasının Azərbaycana texniki yardımı üzrə Azərbaycan Respublikasının milli koordinatoru
olmuşdur. 1999-cu ildən «İqtisadiyyat» qəzetinin təsisçisi və baş redaktorudur. Bitərəfdir.
Onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədridir. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-Çin, Azərbaycan-İspaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf