MUSTAFA Fazil Qəzənfər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 26 saylı Sabunçu birinci seçki dairəsi
1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiyanın, 11 kitabın və onlarca elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışmışdır. Böyük Quruluş Partiyasının sədridir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İordaniya, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Böyük Quruluş Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU