ZEYNALOV Fərrux Məmmədnəbi oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 27 saylı Sabunçu ikinci seçki dairəsi
1942-ci il mayın 4-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisidir. 1 kitabın müəllifidir. Rus dilini bilir. 1959-cu ildən fərdi tikiş fabrikində fəhlə, dərzi köməkçisi, dərzi, biçici, istehsalat rəisi, 1975–1983-cü illərdə fabrikin direktoru işləmişdir. 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi, 1987–1992-ci illərdə Bakı Trikotaj İstehsalat Birliyinin, «Azəryüngülyeyintisənaye » Birliyinin, «Azərtoxucutəchizatsatış» firmasının baş direktoru olmuşdur. 1992–1997-ci illərdə Azərbaycan Respublikasının material ehtiyatları naziri, 1999–2005-ci illərdə «Güvən» şirkətinin baş direktoru vəzifələrində çalışmışdır. Bitərəfdir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belçika, Azərbaycan-İraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Büdcəyə nəzarət komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU