MURADOV Fuad Rauf oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 29 saylı Səbail seçki dairəsi
1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının ətraf mühit və neft sənayesi fakültəsini bitirmişdir. Magistrdir. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir. 2001-ci ildən «ACEP» Azərbaycan Ekoloji Layihələr Mərkəzinin meneceri, 2002-ci ildən Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri, 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2005-ci ildə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi vəzifələrində çalışmışdır. Bitərəfdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan- Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU