VƏLİYEV Əhməd Abdulkərim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 31 saylı Siraxanı ikinci seçki dairəsi
1946-cı il noyabrın 29-da Qazax rayonunun Alpoud kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. 15-dən çox monoqrafiya və dərsliyin, 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir. 1966-cı ildən Bakı soyuducular zavodunda fəhlə, mühəndis, böyük mühəndis işləmişdir. 1970-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1990-cı ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru olmuşdur. 1995-ci ildən «Odlar Yurdu» Universitetinin yaradıcısı və təsisçisi, 1997-ci ildən isə həmin universitetin rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Litva, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU