MİRƏLƏMOV Hüseynbala Fazil oğlu
Dairə: 33 saylı Xətai birinci seçki dairəsi
1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, dosentdir. Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüdür. Rusiya Mədən Akademiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Çoxsaylı elmi və bədii əsərlərin müəllifidir. «Qızıl qələm», «Qızıl dərviş», «Qızıl buta», «Abdulla Şaiq» və «Rəsul Rza» mükafatları laureatıdır. Fransa Sənayeçilər Assosiasiyasının «Napoleon» qızıl medalı ilə təltif edilmiş, MDB ölkələri üzrə 8 dəfə «İlin direktoru» adına layiq görülmüşdür. Rus dilini bilir. 1965-ci ildən «Azərbaycan pioneri» qəzeti redaksiyasının baş ədəbi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən «Azərqaztəmirtikinti» Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən
«Bakqaz» İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Hazırda ARDNŞ-nin prezidentinin müşaviridir. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədridir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları,
Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası