AĞAZADƏ İqbal Fehruz oğlu
Dairə: 35 saylı Xətai üçüncü seçki dairəsi
1968-ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus, fars və ingilis dillərini bilir. 1994-cü ildən Bakı Dövlət Universitetində, 1995–1999-cu illərdə Bakı Asiya Universitetində müəllim işləmişdir. Azərbaycan Ümid Partiyasının sədridir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Ümid Partiyası