ABBASOV Aydın Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi
1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olmuşdur. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bitərəfdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU