İSRAFİL İkram İsrail oğlu
Dairə: 41 saylı Sumqayıt birinci seçki dairəsi
1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Rus dilini bilir. 1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, «Azadlıq» kiçik müəssisəsinin sex rəisi, «Xəzər» Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən «Qalayçı» firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci
illərdə Sumqayıt şəhərində orta məktəbdə direktor müavini olmuşdur. Müsavat Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: MP-nin üzvü