KƏRİMOV Məcid Zahid oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 42 saylı Sumqayıt ikinci seçki dairəsi
1958-ci il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Texnika elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Rus və ingilis dillərini bilir. 1980-ci ildən neft-qaz və neft-qaz qurğuları və avadanlığı sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 1999-cu ildən ARDNŞ-nin «Dənizneftqazlayihə » Dövlət Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru, 2001-ci ildən Azərbaycan Respublikasının yanacaq və energetika naziri, 2004-cü ildən Azərbaycan Respublikasının sənaye və energetika naziri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Azəri-Çıraq-Günəşli», «Şahdəniz», «Bakı-Tbilisi-Ceyhan» və «Bakı-Tbilisi-Ərzurum» layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur. «Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı»nın və «Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın işlənib hazırlanmasına rəhbərlik etmişdir. 2005-ci ildən «Azərikimya» Dövlət Şirkətinin prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU