TAĞIYEV Baba Əli oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi
1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. 1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən «Tağıyev» şirkətlər qrupunun qurucusu və təsisçisidir. Bitərəfdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU