ƏSƏDOV Oqtay Sabir oğlu

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Dairə: 45 saylı Abşeron seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma » Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU