QULİYEV Azay Əjdər oğlu
Dairə: 46 saylı Əli - Bayramlı seçki dairəsi
1971-ci il iyunun 23-də Ermənistan Respublikası Sisian rayonunun Vağudi kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. 1993-cü ildən Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı ictimai birliyinin sədri, 1998-ci ildən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999–2008-ci illərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti olmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədridir. Bitərəfdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Cənubi Afrika Respublikası,
Azərbaycan-Fransa, Azərbaycan-Gürcüstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf