MƏMMƏDOV İlham Kazım oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 48 saylı Yevlax seçki dairəsi
1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsini bitirmişdir. Rus dilini bilir. 1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004-cü ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimidir. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveç, Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU