XANLAROVA Zeynəb Yəhya qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 50 saylı Qobustan-Xızı–Quba seçki dairəsi
1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər tərbiyə pedaqoji məktəbini və Asəf Zeynallı adına Musiqi məktəbini bitirmişdir. SSRİ-nin və Azərbaycanın xalq artistidir. Azərbaycan Dövlət mükafatı laureatı, Ümumittifaq «Qızıl val» mükafatı laureatıdır. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. Əlcəzairin və Özbəkistanın fəxri vətəndaşıdır. Əfqanıstanın və Yəmənin yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Rus dilini bilir. 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin solisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olmuşdur. Bitərəfdir. On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Mərakeş, Azərbaycan-Misir, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU