GÜNƏŞOV Xəlilbəy Günəş oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 51 saylı Qusar seçki dairəsi
1957-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti məmulatı və konstruksiyalarının istehsalı fakültəsini bitirmişdir. Rus dilini bilir. 1979-cu ildən Rostov Mədən-Tikinti İdarəsinin Şaxtinsk tikinti materialları zavodunda usta işləmişdir. 1982-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsi Əsaslı Tikinti İdarəsinin mühəndisi, şöbə rəisi, Müəssisədənkənar Ekspertiza İdarəsinin şöbə rəisi, rəisi olmuşdur. 1992-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti İdarəsinin rəisi, Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin sədri, 2004–2005-ci illərdə Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktoru vəzifələrində çalışmışdır. Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU