ƏHMƏDOV Vahid Qazməmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 52 saylı Quba seçki dairəsi
1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması fakültəsini və Bonn Menecment İnstitutunu bitirmişdir. Texnika doktorudur. Əməkdar mühəndisdir. Azərbaycan Sənayeçilər və Sahibkarlar İttifaqının sədridir. Onlarca kitabın və məqalənin müəllifidir. 1 ixtirası vardır. Rus və ingilis dillərini bilir. 1967-ci ildən leytenant Şmidt adına Bakı maşınqayırma zavodunda fəhlə, tokar, usta, böyük mühəndis, növbə rəisi, sahə rəisi, sex rəisinin müavini işləmişdir. 1977-ci ildən Bakı radio zavodunda sex rəisi, istehsalat rəisi, 1981-ci ildən Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis olmuşdur. 1983-cü ildən «Bakı fəhləsi» zavodunun direktoru, 1986-cı ildən Keşlə maşınqayırma zavodunun direktoru, 1988-ci ildən «Bakneftmaş» İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Xorvatiya, Azərbaycan-Rusiya, Azərbaycan-Türkmənistan, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU