ABRAMOV Yevda Sasunoviç

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 53 saylı Quba - Qusar seçki dairəsi
1948-ci il iyunun 12-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Rus, türk və fars dillərini bilir. 1971-ci ildən Quba rayonunda kənd orta məktəbində müəllim, direktor müavini işləmişdir. 1987-ci ildən Qırmızı Sloboda qəsəbəsində İcraiyyə Komitəsinin sədri, orta məktəb müəllimi, 2000-ci ildən bələdiyyə sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İnsan hüquqları daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Kuba, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU