ABBASOVA Lalə Gülbala qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 55 saylı Xaçmaz şəhər seçki dairəsi
1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. «Qadın və tərəqqi» ictimai birliyinin sədridir. Həsən bəy Zərdabi mükafatı laureatıdır. 4 ensiklopedik toplunun və 1 bədii kitabın müəllifidir. 12 mahnı bəstələmişdir. Rus dilini bilir. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir. 1977-ci ildən «Vışka» qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən «Vaş dom» jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə «Mir jenhin» qəzetinin baş redaktoru olmuşdur. Hazırda həmin qəzetin təsisçisidir. Bitərəfdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Albaniya, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İspaniya, Azərbaycan- İsrail, Azərbaycan-Özbəkistan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU